1915-ci ildə neçə erməni neçə Türk öldü?

ABŞ tarixçisi Castin Makkartiyə (Justin McCarthy) görə “1915-ci il hadisələrində öldürülən müsəlmanların sayı 1 milyon 931 mindir.

306373
 1915-ci ildə neçə erməni neçə Türk öldü?

1915-ci ildə neçə erməni neçə Türk öldü?
“1915-ci il hadisələrində 56 min erməni həyatını itirdi. Öldürülən müsəlmanların sayı isə Osmanlı sənədlərinə görə 1 milyon 931 mindir. ABŞ tarixçisi Castin Makkartiyə (Justin McCarthy) görə isə bu rəqəm 1 milyon 600 mindir. Van əhalisinin yüzdə 62-si ermənilər tərəfindən qətl edildi”.
Dr. Ömər Lütfi Taşçıoğlu 1915 hadisələrində həyatını itirən 56 min erməni ilə müqayisədə Osmanlı sənədlərinə görə 1 milyon 931 min, ABŞ Louisville Universitetindən olan tarixçi prof. Makkartiye (McCarthy) görə isə 1 milyon 600 min müsəlmanın həyatını itirdiyini qeyd edərək: “ Bunlar törədilənlərin Erməni soyqırımı deyil, müsəlman soyqırımı olduğunu açıq şəkildə ortaya qoyur” dedi.
- “1915 qətliyamını ermənilər törətdilər”
Türk Silahlı Qoşunlarından tərxis olduqdan sonra Erməni məsələsi ilə əlaqədar gerçəkləri ortaya çıxarmaq məqsədi ilə tədqiqat aparan və doktorluq dissertasiyasını da bu sahədə yazan ehtiyatda olan polkovnik Dr. Taşçioğlu AA müxbirinə etdiyi açıqlamada 1915-ci ildə əsl qətliamı 2 milyona qədər müsəlmanı qətl edən ermənilərin törətdiyini bildirdi. Taşçioğlu Osmanlı Dövlətinin bütün xəbərdarlıqlarına rəğmən ermənilərin “soyqırım” olaraq xarakterizə oluna biləcək qətliamlardan vaz keçməmələrinə və dövlət əleyhinə cəsusluq fəaliyyətlərinə görə “24 Aprel Əmrnaməsi”nin çıxarıldığını bildirərək Erməni komitə mərkəzlərinin bağlanması və sənədlərinin müsadirə edilməsi qərarından sonra komitə liderlərinin İstanbulda həbs olunduqlarını söylədi.
Ermənilərin qətliama davam etmələri səbəbindən ordu, korpus və diviziya komandirlərinə cəsusluq xəyanətini hissetdikləri halda kənd və qəsəbələrdən köçürmə səlahiyyətinin verildiyini söyləyən Taşçioğlu belə dedi:
“Bu hadisələr törədilərkən ermənilərin hamısı köçürülməmişdi. Katolik və Protestan olanlar İstanbul, Bursa və Kütahya erməniləri düşmən işğalı altında olan Van və Qars erməniləri ilə dövlət qurumlarında işləyən ermənilərə köçürülmə tətbiq olunmamışdı. Bunlarin sayı isə 205 mindir”. Din dəyişdirən 95 min erməni də məcburi köçdən xilas olmuşdular. Bu köç əsnasında da ermənilərə xəzinə ərazilərindən fermalar və kəndlər yaradılması və məsləklərini davam etdirmələri üçün sərmayə və iş alətləri verilməsi kimi tədbirlər görülmüşdü. Köç proqramı çərçivısində ermənilərə kompensasiya da ödənilmişdi. Ermənilərin köçərkən qoyub çıxdıqları malları satılaraq pulları sahiblərinə çatdırılmışdı”. Taşçıoğlu o zaman Osmanlı coğrafiyasındakı 438 min erməninin köçürüldüyünü və bunlardan 382 mininin köçürüldükləri məntəqələrə yerləşdiklərinə aid xarici konsulluqların öz səfirliklərinə və xarici işlər nazirliklərinə göndərdikləri hesabatlarla əlaqədar sənədlərin mövcud olduğunu vurğulayaraq: “30 min erməni köç məntəqələrinə gəldikdən sonra infeksion xəstəliklər səbəbindən həyatını itirmişdi. Eyni dönəmdə Osmanlı ordusunda baş verən infeksion xəstəliklər nəticəsində vəfat etmiş əskərlərin sayı 466 mindir” ifadələlərini işlətdi.
31 dekabr 1918-ci il tarixli qərarnamə ilə də ermənilərin istədikləri yerlərə geri dönmələrinə imkan verildiyini qeyd edən Taşçıoğlu, ermənilərin qurbanlarının sayının şişirdildiyini, amma köçə məruz qalan türklərin yaşadıqları çətinliklərdən və əziyyətlərdən heç kimin bəhs etmədiyini qeyd etdi.
- Vandakı qətliam
Taşçıoğlu Vanın 1915 hadisələri zamanı əhalisinin 160 minə qədər olduğunu və bunun yalnız yüzdə otuzunun ermənilərdən ibarət olduğunu xatırladaraq : “Vanın əhalisinin yüzdə 62-si ermənilər tərəfindən qətl edilmiıdir. Bu isə şəhər əhalisinin 160 minə yaxın olduğunu düşündüyümüzdə 100 min müsəlmanın qətl olunması deməkdir. Deməli, o dövrdə ermənilərin törətdikləri ən böyük gətliamlardan biri də Van qətliamıdır” deyə danışdı.
ABŞ-ın Lousville Unıversitetindən olan tarixçi professor Makkartiyə (McCarthy) görə də Anadoluda ermənilər tərəfindən qətl edilən türklərin sayınin 1 milyon 602 min olduğuna diqqət şəkən Taşçıoğlu ABŞ tarixçisinin “rəqəmləri Türklərin lehinə dəyişdi” kimi tənqidlərə məruz qalmamaq üçün Türk qurbanlarının sayını olduğundan az göstərdiyinə aid açıqlamaların da mövcudluğunu qeyd etdi.
Taşçıoğlu 1981-ci ildə Ağ Sarayın mövzu ilə əlaqədar tədqiqat işi gerçəkləşdirdiyini söyləyərək belə dedi:
“Tədqiqatda ölən müsəlmanların sayı 2 milyon 400 min olaraq müəyyən olundu. Amma erməni diasporasının təmin etdiyi mənfəətlər səbəbindən Ağ Sarayın bu sənədləri açıqlanmasının qarşısı alınır. Bunu Ağ Sarayın hüquq məsləhətçisi deyir. 1915 hadisələrində həyatını itirən 56 min erməni ilə müqayisədə Osmanlı sənədlərinə görə 1 milyon 931 min, professor MakKartiyə (McCarthy) görə 1 milyon 600 min müsəlmanin həyatını itirdiyi bəlli olur. Bu isə törədilənin erməni soyqırımı deyil, müsəlman soyqırımı olduğunu açıq-aşkar göstərir”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr