Ukrayna hökuməti əməliyyat həyata keçirir.

Rus İnterfaks xəbər agentliyi, baş verən toqquşmada 11 nəfərin öldüyünü bildirib.

307937
Ukrayna hökuməti əməliyyat həyata keçirir.

Ukrayna hökuməti əməliyyat həyata keçirir.
Ukrayna hökuməti, ölkənin şərqindəki Slavyansk və Kramatorsk şəhərlərində bəzi dövlət binalarını işğal edən separatçı Rus tərəfdarlarına qarşı əməliyyat həyata keçirir.
Rus İnterfaks xəbər agentliyi, baş verən toqquşmada 11 nəfərin öldüyünü bildirib.
Slavyanskın tamamilə Ukrayna ordusu tərəfindən mühasirəyə alındığı qeyd edilib.
Ukrayna ordusunun, Rusiya tərəfdarı silahlı qruplar tərəfindən bəri dövlət binalarını işğal edən qəsəbənin üç tərəfini mühasirəyə aldığı və giriş-çıxış üçün sadəcə bir ana yolun açıq olduğu bildirilib.
Ukraynanın müvəqqəti prezidenti Oleksandr Turçinov, Kramatorskda hava limanının nəzarətinin Rus tərəfdarlarından geri alındığını açıqlayıb.
Ağ Evdən yayılan açıqlamada, ölkədə hüquq və təhlükəsizliyin təmin edilməsinin Ukrayna hökumətinin məsuliyyəti olduğu bildirilib.
Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və BMT Baş katibi Ban Ki Mun ilə Ukraynanın şərqində yaşanan son vəziyyət haqqında telefonla danışıb.
Putin, Baş katiblə görüşündə, dünya birliyindən “Ukraynada qanunlara zidd olan əməliyyatların sərt şəkildə qınanmasını” istəyib.
Digər tərəfdən BMT tərəfindən yayımlanan hesabata əsasən, 2013-cü ilin dekabr ayından etibarən ölkələdə aksiyalar və atışmalarda 121 nəfər həyatını itirib. 140 Ukraynalının isə itkin olduğu bildirilib.


اتیکتلر:

ایلگیلی‌لی خبرلر