Bəs niyə Afrin?

  Türkiyə ordusu hədəfə kilidləndi. Lülələr Afrinə yönəldi. Afrində Amerika rəhbərliyinin sözdə birlik qurmağı planlaşdırdığı terrorçular var. Amerika Birləşmiş Ştatları Afrini sanki terror bazasına çevirib. Şəhərdə 6 terror düşərgəsi var.

  Bəs niyə Afrin?

  Amerika rəhbərliyinin terrorçularla birlikdə 30 min nəfərdən ibarət dırnaqarası "Sərhəd Təhlükəsizlik Qüvvəsi" yaratmaq üçün seçdiyi Afrin çox strateji bir nöqtədədir. Bura Ankara üçün olduqca ciddi əhəmiyyətə malikdir. Afrin terror təşkilatı PYD üçün sözdə Aynelarap və Əlcəzair federasiyaları (kantonları) ilə birləşmə həsrətini təmsil edir.

  Sözügedən iki yer qərbdəki Afrinlə birləşərsə, bu, Türkiyənin yüzlərlə kilometrlik sərhəd xəttinin cənubunda, “oldu-bitdi” ilə yaradılmış bir terrorçu nəsli deməkdir. Türkiyənin Şırnak, Mardin, Şanlıurfa, Antep, Kilis və Hatay rayonları bu prosesə cənubdan qonşu olacaq. Bununla da Ağdənizdən 35-40 kilometrlik torpaq ayırmaq istəyi var.   

  Türkiyə bu vəziyyəti qəbul edə bilməz.   

  Ankara, eyni zamanda, Amerika rəhbərliyinin SDG üzərindən İdlibə ehtimal olunan bir müdaxiləsinin qarşısını Afrinin cənubunda yaratdığı, bir növ, bufer zona sayəsində saxlayır.

  Fərat Qalxanı hərəkatı ilə Ankara özü üçün nəfəs borusu açmışdı, terrorçuların şərqdəki sözdə mənzillərini Afrinlə birləşdirmə arzularına sədd çəkmişdi.

  Afrinin digər bir əhəmiyyəti də PKK-nın Suriya qolu PYD-yə verilən silahların mühüm hissəsinin burada toplanmasıdır. Çünki terror təşkilatının Türkiyədə son vaxtlar apardığı bəzi hücumlarla təhlükəsizlik qüvvələrinin əməliyyatlarında PYD-yə aid silahlar diqqət çəkdi. Halbuki ABŞ Türkiyəyə həmin sursatın Suriyadan çıxmayacağı barədə təminat vermişdi.