Kekova adası dalğıclar üçün yeni bir məkandır

  Antalyanın Demre bölgəsi yaxınlığındakı Kekova adası dalğıclar üçün yeni bir sahədir.

  Dalğıclar qayıqlarla Kekova adasının cənubundakı maraqlı yerlərdən keçirlər. Bir saat davam edən sualtı səfərdə dalğıclar müxtəlif balıq növləri və dəniz bitkilərini görürlər. Mavi Mağara, Deniz Feneri, Əyri Liman, Salyangoz Koyu və 2001-ci ildə batırılan 72 metrlik gəmi də Demre bölgəsinin 32 dalğıc nöqtəsindədir.