Sanksiyalardan sonra rusiyalıların bankomatların qarşısında uzun növbələri yaranıb

 

  Qərbin Rusiya banklarına tətbiq etdiyi sanksiyalardan sonra rusiyalılar bankomatların qarşısında növbələr yaradıblar.

  Qərbin Rusiya banklarına tətbiq etdiyi sanksiyaların nağd pul çatışmazlığına səbəb olacağından və ödəniş sistemlərini pozacağından narahat olan Rusiya vətəndaşları bankomatların qarşısında uzun növbələr gözləyir.

  Rusiya vətəndaşları Qərb ölkələrinin bir sıra Rusiya banklarının “SWİFT” qlobal ödəniş sisteminə çıxışını əngəlləməsindən və Rusiya Mərkəzi Bankının onun ehtiyatlarını dondurmaq qərarına gəlməsindən sonra onların debet kartlarının işləməyəcəyindən və ya bankların pul vəsaitlərinin çıxarılmasını məhdudlaşdıracağından narahatdırlar.