Türkiyə mətbuatı: 16 may 2024

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2140172
Türkiyə mətbuatı: 16 may 2024

''Yeni Şafak'': Ərdoğan: ''Həmas Qəzzada Anadolunun ön xəttini müdafiə edir''

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) dünən keçirilən qrup toplantısında ''Həmas''  haqqında mühüm açıqlamalar verib. Prezident Rəcəb Tayyib Ərdoğan deyib: "İsrailin Qəzza ilə kifayətlənəcəyini düşünməyin. Bu azğın dövlətin qarşısı alınmasa gec-tez "Vəd edilmiş torpaqlar" illüziyası ilə gözlərini Anadoluya dikəcəklər. ''Həmas'' Qəzzada Anadolunun ön xəttini müdafiə edir''.

''Sabah'': Hakan Fidan Entoni Blinkenlə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Hakan Fidan Entoni Blinkenlə apardığı telefon danışığı zamanı İsrailin Rəfaha hücumunun qəbuledilməz olduğunu bildirib.

''Hürriyet'': Mehmet Şimşək: Aİ ilə əlaqələri canlandırırıq

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək dünən verdiyi açıqlamada bu ifadələrə yer verib: "Avropa İttifaqı ilə əlaqələrimizi canlandırırıq. Bu məqsədlə dünən Brüsseldə mühüm görüşlər keçirdik''.

''Star'': ''Fitch''dən Türkiyə işlə bağlı təəccüblü açıqlama

Kredit reytinq agentliyi ''Fitch'' Türkiyənin borc kapitalı bazarlarının canlandığını açıqlayıb.

''Haber Türk'': 2 ildə Rize-Artvin Hava Limanından 2 milyona yaxın sərnişin daşınıb

Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, dünən verdiyi açıqlamada, 14 May 2022-ci ildə istifadəyə verilən Rize-Artvin Hava Limanından 1 milyon 927 min 680 sərnişinin daşındığını bildirdi.



Әlaqәli Xәbәrlәr