Türkiyə mətbuatı: 14 may 2024

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2139296
Türkiyə mətbuatı: 14 may 2024

''Hürriyet'': Rəcəb Tayyib Ərdoğan: ''K.Miçotakislə konstruktiv görüş keçirdik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstanın Baş naziri Kiriakos Miçotakisi qəbul edib. Görüşdən sonra liderlər birgə mətbuat konfransında çıxış ediblər. Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında deyib: “Konstruktiv görüş keçirdik. Problemləri dialoq yolu ilə həll edəcəyik. Miçotakis də öz növbəsində deyib: "Yunanıstan Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlüyünə töhfə verməyi dəstəkləyir" 

''Yeni Şafak'': Rəcəb Tayyib Ərdoğan Kiryakos Miçotakisin ''Həmas''la bağlı açıqlamasına münasibət bildirdi
Yunanıstanın baş naziri Kiryakos Miçotakisin ''Həmas''ı terror təşkilatı elan etməsinə münasibət bildirən Rəcəb Tayyib Ərdoğan ''Həmas''ın terror təşkilatı olmadığını deyib. ''Həmas torpaqlarını müdafiə edən müqavimət təşkilatıdır'' ifadə edən Türkiyə Prezidenti mindən çox ''Həmas'' üzvünün Türkiyədə müalicə olunduğunu bildirib.

''Star'': Tunisli tarixşünas Ərdoğanı təriflədi

Türk və Osmanlı sahəsində araşdırmaları ilə diqqət çəkən tunisli tarixşünas, professor Əbdülcelil Tamimi deyib: “Prezident Ərdoğan böyük  bir şəxsiyyətdir. Ərdoğan Türkiyənin və İslam dünyasının qürurudur. Əgər insanlar Ərdoğanın ideya və nəzəriyyələrinin dəyərinin ölçüsünü bilsəydilər, buna inanmazdılar”. 

''Haber Türk'': Türkiyənin iqtisadi proqramına inam artır

Türkiyənin iqtisadi proqramına inam artır. Xəzinə və maliyyə naziri Mehmet Şimşək Türkiyənin valyuta ehtiyatlarındakı yaxşılaşmanın xarici maliyyə axınındakı müsbət proqnozla davam edəcəyini bildirib.

''Sabah'': “Tombik dönər'' dünyanın ən yaxşı sendviçi seçilib

Türk mətbəxi dünyanın ən məşhur təamlarını bir araya gətirir."Taste Atlas" adlı səyahət bələdçisi dünyanın ən ləzzətli sendviçlərinin siyahısını dərc edib. Məlumata əsasən, ''Tombik dönər'' sendviçi lider mövqeyində qərarlaşıb.



Әlaqәli Xәbәrlәr