Türkiyə mətbuatı, 9 may 2024-cü il

“Sabah”, “Haber Türk”, “Hürriyet”, “Yeni Şafak” və “Star” nələrdən yazır?

2137250
Türkiyə mətbuatı, 9 may 2024-cü il

 

“Sabah”: Ərdoğandan Türk Dövlətləri Təşkilatına Qəzza çağırışı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın baş naziri Əli Əsədovu qəbul edərkən bildirib: “Türk Dövlətləri Təşkilatı İsrailin hücumlar etdiyi Qəzzada mülki şəxslərə humanitar yardımın çatdırılması üçün daha hərtərəfli əməkdaşlıq edə bilər”.

“Haber Türk”: Ən çox yardım Türkiyədən gedir

  Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli deyib: "Qəzzaya çatan humanitar yardımın 30 faizini təmin edən Türkiyə oradakı fələstinlilərə ən çox yardım edən ölkədir".

“Hürriyet”: Qonşu diqqətini Miçotakisin Türkiyə səfərinə yönəldib

  Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin mayın 13-də edəcək Türkiyəyə səfəri qonşu ölkədə həyəcan yaradıb. Yerli mətbuatda 14 aylıq müsbət atmosferdən sonra Türkiyə prezidenti R.T.Ərdoğanın dialoq və diplomatiyadan bəhs etdiyi son açıqlamasının Yunanıstan üçün dostluqdan daha böyük məna daşıdığı vurğulanıb.

“Yeni Şafak”: Türkiyədə istehsal, bütün dünyaya ixrac olunur

  2024-cü ildə Türkiyənin Artvin rayonunun Çoruh çayı üzərindəki bənd göllərində və dənizdə qurulan qurğularda 14 min 400 ton Türkiyə qızılbalığı - somon istehsal edilib. Onlar Yaponiya və Rusiya başda olmaqla dünyanın hər yerinə ixrac olunur.

“Star”: Lira aktivlərə maraq artır

  Türkiyənin İqtisadiyyat rəhbərliyi tərəfindən atılan addımlar və Orta Müddətli Proqram hədəflərinə sadiqliyin davam etdirilməsi ilə yanaşı, beynəlxalq kredit reytinq agentliklərinin müsbət qərarları türk lirəsi (TL) aktivlərinə marağı artırmaqdadır.



Әlaqәli Xәbәrlәr