Türkiyә mәtbuatı 8 may 2024

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

2136798
Türkiyә mәtbuatı 8 may 2024

''Star'': Yunanıstanın mətbuat orqanları Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarını geniş işıqlandırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Nazirlər Kabinetinin iclasından sonra Yunanıstanla olan əlaqələrlə bağlı açıqlamaları Yunanıstan mətbuatında geniş işıqlandırılıb. Yunanıstan KİV-ləri yaydıqları xəbərlərdə Türkiyə Prezidentinin verdiyi müsbət mesajı vurğulayıblar.

''Hürriyet'': Qara bölgəsində həyata keçirilən hava əməliyyatı nəticəsində iki  terrorçu zərərsizləşdirilib

Milli Müdafiə Nazirliyindən (MSB) dünən verilən açıqlamada İraqın şimalındakı Qara bölgəsində aşkarlanan 2 PKK terrorçusunun həyata keçirilən hava əməliyyatı nəticəsində zərərsizləşdirildiyi bildirilib.

 '‘Yeni Şafak’’: Türkiyəli astronavt kosmik səyahətə hazırlaşır

Türkiyәnin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır astronavt Tuva Cihangir Ataseverin kosmos səyahəti ilə bağlı açıqlama verib. Kacır deyib: "Astronavtımızın suborbital tədqiqat uçuşu 8 iyun 2024-cü ildə ABŞ-ın Nyu Meksiko ştatındakı Kosmos stansiyasındanreallaşacaq".

 ''Vatan'':Türkiyəyə kruiz gəmiləri ilə gələn turistlərin sayı artır

2024-cü ilin yanvar, fevral və mart aylarında 50 kruiz gəmisi ilə Türkiyəyə 61 113 turist gəlib. Kruiz gəmilərinin ən çox Kuşadası limanında lövbər saldıqları bildirilib.

''Sabah'': Türkiyənin 54 vilayәtindә ixracat artıb

Ticarət Nazirliyinin məlumatlarına görə, yanvar-aprel ayları arasında 1 milyard dollardan çox ixrac әmәliyyatının həyata keçirildiyini açıqlayıb. İxracatın  54 vilayətdə artdığı vurğulanıb.



Әlaqәli Xәbәrlәr