Türkiyə mətbuatı: 7 may 2024

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2136269
Türkiyə mətbuatı: 7 may 2024

''Hürriyet'': Rəcəb Tayyib Ərdoğan terrorla mübarizə mövzusunda qətiyyətli olduqlarını bildirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq və Suriyada həyata keçirilən əməliyyatlar nəticəsində terror təşkilatı PKK-ya ağır zərbələr endirdiklərini bildirib. Rəcəb Tayyib  Ərdoğan deyib: "Uşaqlarımızın terrordan uzaq bir mühitdə yaşaması üçün nə lazımdırsa edəcəyik''.

''Sabah'': Rəcəb Tayyib Ərdoğan: ''Həmas''ın atəşkəs qərarından mənnunuq''

Türkiyə Prezidenti Rəcəb Tayyib  Ərdoğan ''Həmas''ın atəşkəs qərarından məmnun olduğunu bildirib. İsrailin də eyni addımı atmasının vacibliyini vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: "Bütün Qərb aktyorlarını İsrail rəhbərliyinə təzyiq göstərməyə çağırıram".

''Star'': “Türkiyə ordusu digər ölkələrə nümunə oldu”

Milli Müdafiə naziri Yaşar Gülər ​​Türkiyə ordusunun digər ölkələrə nümunə olduğunu vurğulayıb. Yaşar Gülər deyib: ''Dəstəklədiyimiz qardaş ölkələr Türkiyəyə bənzər bir silahlı qüvvə quruluşu qurmamızı istəyir''.

''Vatan'': “Türkiyənin avtomobil ixracında artım qeydə alınıb
Türkiyə avtomobil sənayesinin ixracatı aprel ayında keçən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artıb. Bu ixrac əməliyyatlarından  2 milyard 746 milyon dollar gəlir əldə edilib. 

''Yeni Şafak'': Türkiyə alimləri yeni kəşfə imza atdılar

Türkiyəli alim Murat Gökçe və həyat yoldaşı, kimya mühəndisi Sonnur Gökçe tərəfindən hazırlanmış “modul ballistik Lego betonu” əsgərlər tərəfindən sınaqdan keçirilib. Atılan 14,5 millimetrlik zirehli deşici güllənin vurduğu Leqo betonu tərəfindən dayandırılıb.



Әlaqәli Xәbәrlәr