Türkiyə mətbuatı: 6 may 2024

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2135611
Türkiyə mətbuatı: 6 may 2024

''Yenişafak'': Hakan Fidan ''Al-Arabiya'' telekanalına müsahibə verdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib: “Qəzzada yaşanan  faciədən dərs alıb iki dövlətli həll yolunu həyata keçirməsək bu son Qəzza müharibəsi olmayacaq”.
Hakan Fidan mərkəzi Dubayda yerləşən ''Al Arabiya'' telekanalına müsahibə verib.
Hakan Fidan Türkiyənin iki dövlətli həll yolunda səylərini gücləndirdiyini və hazırda İslam dünyasının Fələstin məsələsində birgə hərəkət etdiyini açıqlayıb.
''Hürriyet'': Türkiyə növbəti dəfə Qəzza zolağına humanitar yardım göndərib

Türkiyə Qızıl Aypara Cəmiyyətinin Qəzza üçün hazırladığı 5 066 ton humanitar yardımın yükləndiyi gəmi dünən Mersin Beynəlxalq Limanından yola düşüb.

Oktyabrın 7-dən etibarən İsrailin hücumlarına məruz qalan Qəzza zolağındakı Fələstin xalqına ərzaq, uşaq ləvazimatları və qlütensiz məhsullardan ibarət 5 066 ton yardım materialını daşıyan gəmi yola düşüb. 

Məlumata görə gəmi təxminən 48 saatdan sonra Misirin Əl-Ariş limanına çatacaq.

Qeyd edək ki, humanitar yardım materialları yük maşınları ilə Rəfah sərhəd-keçid məntəqəsinə aparılacaq.
Buradakı gömrük prosedurlarından sonra materiallar Fələstin Qızıl Aypara Cəmiyyətinə təhvil veriləcək.

''Sabah'': Türkiyə beynəlxalq investisiyala mövzusunda 4-cü yerdədir

Türkiyə Prezidenti yanında İnvestisiya Ofisinin rəhbəri Burak Dağlıoğlu Türkiyənin keçən il cəlb etdiyi beynəlxalq investisiya layihələri ilə Avropada 4-cü pilləyə yüksəldiyinə diqqət çəkərək deyib: “Türkiyə strateji mövqeyi və güclü sərmayəsi ilə investorların diqqət mərkəzindədir''.

''Star'': Ən böyük layihələrini Türkiyəyə əmanət etdilər

Mərkəzi Avropa ölkəsi Sloveniya sərmayə dəyəri 600 milyon avro olan ən strateji layihəsi  “Divaca-Koper'' dəmiryolu layihəsini Türkiyəyə əmanət edib. Layihənin 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır.

''Habertürk'':  ''Türksat 6A'' üçün yeni loqo hazırlanıb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ''Türksat 6A''nın istehsal və sınaq proseslərinin uğurla tamamlandığını və iyun ayında Space-X-in ABŞ-ın Florida ştatındakı qərargahına göndəriləcəyini xatırladıb. Uraloğlu Türkiyənin ilk milli rabitə peyki ''Türksat 6 A''nın loqosunu müəyyənləşdirdiklərini deyib.



Әlaqәli Xәbәrlәr