Türkiyə mətbuatı: 3 may 2024

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2134818
Türkiyə mətbuatı: 3 may 2024

''Sabah'': Rəcəb Tayyib Ərdoğan deyib: ''Almaniyada törədilən irqçi hücumlara səssiz qala bilmərik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Solingendə 4 türk əsilli insanın həyatını itirdiyi hücuma münasibət bildirib. Məsələni Almaniya prezidenti Frank-Valter Ştaynmayerə çatdırdığını bildirən Rəcəb Tayyib Ərdoğan deyib:"Bu mənfur hadisələrə səssiz qala bilmərik''.

“Haber Türk”: Ərdoğa Qərbə islamofobiya ilə bağlı xəbərdarlıq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib  Ərdoğan Qərbdə İslama qarşı artan düşmənçiliyə işarə edərək deyib: “Bəzi Avropa ölkələrində ifrat sağçıların yüksəlişinin dövlət tərəfindən qorunması çox böyük ayıbdır''. Prezident Rəcəb Tayyib  Ərdoğan Qərbdə müsəlmanlara və mühacirlərə qarşı hücumların istintaq mərhələsində ört-basdır edildiyini deyib.

''Hürriyet'': Rəcəb Tayyib  Ərdoğan: ''ABŞ-da İsrailə öz etirazını bildirənlər zorakılığa məruz qalır''.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da İsrailə qarşı etiraz aksiyası keçirənlərə edilən zorakılığa reaksiya verib. Rəcəb Tayyib Ərdoğan deyib: ''Bəzi prestijli universitetlərdə vicdanlı tələbələr və alimlər qətliama reaksiya verirlər. Onlar zorakılığa və işgəncəyə məruz qalırlar. Rektorlar, akademiklər işdən çıxarılır''.

''Star'': Türkiyənin qərarı dünya mətbuatında manşetə çıxarıldı
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddiaya qatılmaq qərarına gəldiyini açıqlayıb. Nazir Hakan Fidanın açıqlamaları dünya mətbuatında geniş işıqlandırılıb.

''Yeni Şafak'': Türkiyə ilə İraq arasında kritik addım

İraq sərhəd mühafizəçiləri Türkiyənin əməliyyat keçirdiyi bölgələrə yaxın ərazidə baza bölgələri yaradır. Milli Müdafiə Nazirliyindən verilən bəyanatda deyilir: ''Terror təşkilatı PKK-nın fəaliyyətinin qarşısının alınması üçün İraqla ölkəmiz arasında koordinasiyalı işlər davam etdiriləcək''



Әlaqәli Xәbәrlәr