Türkiye mətbuatı, 18 mart 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2116663
Türkiye mətbuatı, 18 mart 2024

"Habertürk": Ərdoğan: "Ötən əsrin ən amansız soyqırımlarından biri Qəzzada həyata keçirilir"

Prezident Rəcəb Tayyib Ərdoğan ötən əsrin ən amansız soyqırımlarından birinin Qəzzada baş verdiyini ifadə edərək, "Beynəlxalq qurumlar və təşkilatlar Qəzzada növbəti dəfə uğursuzluğa düçar oldu. Etiraf edək ki, İslam dünyası bu prosesdə çox yaxşı imtihan verə bilmədi" deyib.

"Yenişafak": "Gülər: "Terrorla mübarizəmiz əzm və qətiyyətlə davam edəcək"

Milli müdafiə naziri Yaşar Gülər "Keçmişdə həyata keçirilən məhdud məqsədli və müəyyən zamanda həyata keçirilən əməliyyatlar əvəzinə bu gün terroru mənbəyində məhv etmək strategiyası ilə davamlı və hərtərəfli əməliyyatlar həyata keçirərək terror təşkilatlarına böyük zərbələr vururuq. Terrorla mübarizəmizin sülh və təhlükəsizliyimiz üçün qətiyyət və əzmlə davam edəcək" deyib.

"Hürriyet": Yunanıstan mətbuatı Türkiye müdafiə sənayesinin uğurundan yazıb

Türkiyenin istehsal etdiyi silahları diqqətlə araşdıran "Yunan In.gr" diqqətçəkən bir analiz edib. "İn.gr" Türkiyenin müdafiə sənayesi istehsalı hərbi gücünü dəfələrlə nümayiş etdirdi və Türkiyenin PUA-ları döyüş meydanlarında iz qoydu" deyə yazıb.

"Star": Bayraktar: "2024-cü ili kəşf ili elan edəcəyik"

Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyenin dünyanın ən qabaqcıl dərin dəniz qazma və seysmik gəmilərdən ibarət donanması ilə ilk 10 ölkə arasında olduğunu ifadə edərək, “2024-cü ili kəşf ili elan edəcəyik” deyib.

"Sabah": Almaniya Rusiyanı geridə qoydu

Aprel ayından sonrakı dövr üçün Antalyada rezervasiya edən alman turistlərin sayı 1,5 milyonu keçib. Turizm mütəxəssisləri alman turistlərin sayının ilk dəfə olaraq 4 milyonu keçəcəyini və Rusiyadan gələn turistləri geridə qoyacağını proqnozlaşdırırlar.



Әlaqәli Xәbәrlәr