Türkiye mətbuatı, 7 mart 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2112129
Türkiye mətbuatı, 7 mart 2024

"Haber Türk": Ərdoğan: "Ən böyük ölkələr arasında yerimizi alacağıq”

Prezident Rəcəb Tayyib Ərdoğan Malatya şəhərində xalqa etdiyi müraciətdə Türkiyenin diplomatiyası, iqtisadiyyatı, hərbi gücü və ictimai quruluşu ilə dünyanın ən böyük ölkələri arasında yerini alana qədər mübarizəni davam etdirəcəklərini bildirib.

"Sabah": Terrorla mübarizədə Ərdoğandan açıq mesaj

Prezident Ərdoğan terrorla mübarizədə açıq mesajlar verdi. İraqdakı əməliyyatların məqsədlərinə uyğun uğurla davam etdiyini vurğulayan Ərdoğan "Gec ya tez, imperialistlərin maşası olan muzdlu qatil sürülərini mütləq məhv edəcəyik" deyib.

"Yeni Şafak": İraqda PKK-nı bitirmək üçün strategiya

İraqda terror təşkilatı PKK-nın kökünü kəsmək üçün bölgədə bazalar qurularaq, təhlükəsiz zonalar yaradılacaq. Terrorçular dağlıq bölgədən düzənliyə aparılacaq. Təşkilatın fəaliyyət göstərdiyi bölgələr nəzarətə götürüləcək. PKK-nın yerləşdiyi Qəndil, Süleymaniyyə, Mahmur və Sincar bölgələrində İraq ordusu ilə əməliyyat gündəmə gələ bilər.

Star: Türkiyedən İsrailə reaksiya

Türkiye Xarici İşlər Nazirliyindən verilən açıqlamada, "İsrail səlahiyyətliləri tərəfindən təsdiqlənən İordan çayının qərb sahilində 3500 ev tikmək planı Fələstin torpaqlarının işğalının daha da genişləndirilməsi deməkdir. Bu hərəkət dərhal dayandırılmalıdır" deyilib.

"Hürriyet": Atlantik Şurasından maraqlı Türkiye təhlili

Türkiyenin yerli və milli silahları qlobal bazarda diqqət çəkməyə davam edir. Amerika Birləşmiş Ştatlarında yerləşən Atlantik Şurası (Atlantic Council) beyin mərkəzi bildirib ki, Türkiyenin milli müdafiə sənayesindəki irəliləyişləri Avropanın təhlükəsizliyini təmin etmək imkanı da verir.



Әlaqәli Xәbәrlәr