Türkiye mətbuatı, 5 mart 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2111030
Türkiye mətbuatı, 5 mart 2024

"Yenişafak": Ərdoğan: "Bu yay İraq sərhədində terrora son qoyuruq"

Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada sərhədlərimizin dibində bir terror dövlətinin qurula bilməyəcəyini vurğulayaraq, "İraqla olan sərhədimizin təhlükəsizliyini təmin edəcək dairəni tamamlamaq üzrəyik. Bu yay İraq sərhədlərimizlə bağlı problemləri həll etmiş olacağıq" deyib.

"Hürriyet": Nazir Yaşar Gülərdən antiterror mesajı

Milli müdafiə naziri Yaşar Gülər ​​terrorla mübarizədə qətiyyət mesajı verərək, "Qarşıdan gələn dövrdə terror təşkilatının fəaliyyət qabiliyyətini sıfıra endirmək üçün ayağımızın dəymədiyi yer qalmayacaq" deyib.

"Star": "Bayraktar TB2" SİHA-lar dost ölkədə yeni bir çığır açdı

"Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar "Bayraktar TB2" SİHA-ların Albaniya ordusunun inventarına daxil olduğunu bildirərək, "Beləliklə, Albaniya ordusunun inventarına ilk dəfə olaraq NATO standartlarında bir hava vasitəsi əlavə olundu" deyib.

"Sabah": Türkiyenin pul vahidi lirə ilə xarici ticarət ilin iki ayında 210 milyard lirəyə yaxınlaşıb

Türk lirəsi ilə xarici ticarət ilin ilk iki ayında keçən ilin eyni dövrü ilə müqayisədə 39,4 faiz artaraq 207 milyard 738 milyon lirəyə çatıb. Bu ilin ilk ayında 164 ölkəyə, fevral ayında isə 168 ölkəyə türk lirəsi ilə ixrac reallaşdırılıb.

"Habertürk": Almanların yay tətili seçimlərində Türkiye birinci yeri aldı

Bildirilib ki, cari il Almaniyadan yay tətili üçün ən çox rezervasiya edilən 10 tətil yeri arasında Türkiye İspaniyanı geridə qoyub və birinci yeri alıb.



Әlaqәli Xәbәrlәr