Türkiyə mətbuatı, 1 mart 2024

“Hürriyet”, “Star”, “Yeni Şafak”, “Sabah” və “Haber Türk” nələrdən yazır?

2109431
Türkiyə mətbuatı, 1 mart 2024

 

“Hürriyet”: Ərdoğan “İqtisadiyyat 14 rüb ardıcıl olaraq böyüdü" dedi

  Prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü il artım rəqəmləri ilə bağlı bu sözləri söyləyib: "Türkiyə iqtisadiyyatı keçən il zəlzələ və digər mənfiliklərə baxmayaraq, 4,5 faiz inkişaf edərək çox mühüm uğur əldə etdi. Beləliklə, iqtisadiyyatımız 14 rüb ardıcıl olaraq böyüdü. Bu rəqəmlərlə Türkiyə Avropanın ən sürətlə inkişaf edən ölkəsinə çevrildi."

“Star”: Türkiyə böyümə sürətini davam etdirir

  Türkiyə 2023-cü ildə illik bazda 4,5, oktyabr-dekabr dövründə isə əvvəlki ilin eyni rübünə görə 4 faiz artıb. Türkiyə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr arasında ikinci, G20 ölkələri arasında isə üçüncü ölkə olub.

“Yeni Şafak”: SİHA-da ilk üçlükdəyik"

  Türkiyə yerli və milli olaraq istehsal etdiyi silahsız PUA (İHA) və silahlı PUA-ları (SİHA) ilə bu sahədə qabaqcıl olan İsrail və Rusiyanı geridə qoyub. 2024-cü il etibarilə PUA sayına görə ABŞ 11 min 500 ədədlə 1-ci, Çin 3 min 300 ədədlə 2-ci, Türkiyə isə 1000 ədədlə 3-cü yerdədir.

“Sabah”: ABŞ-dan “F-16” təklif məktubu gəlib

  Türkiyə Milli Müdafiə Nazirliyi ABŞ-ın 40 ədəd yeni “F-16” Blok-70-lərin tədarükü və mövcud 79 ədəd “F-16”nın modernləşdirilməsi üçün göndərdiyi Təklif və Qəbul Məktublarının Layihəsinin nazirliyin müvafiq bölümünə çatdığını, layihəni nəzərdən keçirməyə və qiymətləndirməyə başladıqlarını bildirib.

“Haber Türk”: Türkiyə 10 pillə yüksəldi

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun beynəlxalq marka qiymətləndirmə təşkilatı “Brand Finance” tərəfindən hazırlanan 2024-cü il qlobal “Soft Power” indeksi məlumatlarına görə, Türkiyənin media və kommunikasiya sahəsində bir əvvəlki ilə nisbətən 10 pillə irəliləyərək 193 ölkə arasında 18-ci yerdə olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr