Türkiye mətbuatı, 27 noyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2069009
Türkiye mətbuatı, 27 noyabr 2023

"Yeni Şafak": “Həmas" Ərdoğanın səyləri sayəsində 7 taylandlını sərbəst buraxdı

"Həmas" İsraillə əsir mübadiləsi razılaşması çərçivəsində 7 taylandlı girovu sərbəst buraxıb. "Həmas" Prezident Rəcəb Tayyib Ərdoğanın Qəzzada daimi sülhün təmin edilməsi istiqamətində diplomatik səylərinə cavab olaraq sözügedən 7 girovun azad edildiyini açıqlayıb.

"Star": Fransız vəkil Türkiyeni tərifləyib

Fələstinliləri Beynəlxalq Cinayət Məhkəməsində (ICC) təmsil edən fransalı vəkil Gilles Dever, İsrailin Qəzzada ağ fosfor bombalarından istifadə etdiyini sübut etməkdə Türkiye mətbuatının çəkdiyi fotoşəkillərin böyük rol oynadığını qeyd edib.

"Haber Türk": Türkiye ilə Macarıstan arasında ticarət həcmi artır

Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır Macarıstana 2 günlük səfər edib. Türkiye ilə Macarıstan arasında ticarət həcminin 4 milyard dollara yaxınlaşdığını bildirən nazir Kaçır "Liderlərimizin qarşıya qoyduğu 6 milyard dollarlıq hədəf var və biz bu hədəfə doğru addım-addım irəliləyirik" deyib.

"Vatan": Türkiye həyata keçirdi, dünya seyr etdi

Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu dünyanın qibtə etdiyi əsərləri ölkəyə qazandırdıqlarını söylədi. Nazir Uraloğlu "21 ildə 3 min 844 yeni körpü inşa edərkən, 405 yeni tunel açıb vətəndaşlarımızın xidmətinə verdik" deyib.

"Hürriyet": Uğur Şahin xərçəng peyvəndi üçün tarix açıqladı

Peyvəndlərin köməyi ilə "Covid-19" epidemiyasını geridə qoyan, dünyanın xərçəng peyvəndi ilə bağlı ümid bəslədiyi xəbər türk alimi Uğur Şahindən gəldi. U.Şahin fərdiləşdirilmiş mRNT əsaslı xərçəng peyvəndlərinin 2030-cu ildən əvvəl təsdiqlənə biləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr