Türkiye mətbuatı, 2 mart 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1953707
Türkiye mətbuatı, 2 mart 2023

"Yenisafak": Ərdoğan: "Bu millət 14 mayda nə lazımdırsa edəcək"

Türkiyenin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, Prezident Rəcəb Tayyib Ərdoğan martın 1-də siyasi təşkilatın deputat fraksiyasının toplantısında etdiyi çıxışda seçki tarixi ilə bağlı müzakirələrə son qoyub. “Yaxşı bilin ki, bu millət ümid edirem mayın 14-də lazım olanı edəcək”, - Ərdoğan bildirib.

"Vatan": San Adreas fayına ekizi qədər oxşayır

Kahramanmaraş mərkəzli zəlzələlər ABŞ-da araşdırma mövzusu oldu. Buna səbəb Şərqi Anadolu fayının ABŞ-ın Kaliforniya ştatından keçən San Andreas fayına əkizləri qədər bənzəməsidir. “New York Times”ın məlumatına görə, elm adamları Türkiyedə baş verən zəlzələlərin Kaliforniyada baş verə biləcək zəlzələlər haqqında çox ibrətamiz olduğunu bildiriblər.

"Star": "Euronews"dan təəccüblü Türkiye analizi: "Heç bir ləğvetmə prosesi olmadı"

Beynəlxalq xəbər portalı "Euronews" "Türkiye dünyanın hər yerindən turist cəlb edir' başlıqlı xəbərində 2022-ci ildə Türkiyeyə 51 milyondan çox turistin gəldiyini bildirib. İstanbul başda olmaqla Antalya, Muğla, İzmir, Kapadokiya və Konya kimi əsas ziyarət yerlərinin zəlzələdən zərər çəkmiş bölgələrdən kənarda olduğu bildirilən xəbərdə, dağıdıcı fəlakətə baxmayaraq turistlərin səyahət planlarını təxirə salmadığı qeyd edilib. 

"Hürriyet": “Moody`s” reytinq agentliyi Türkiye üçün artım proqnozunu qaldırdı

“Moody`s” reytinq agentliyi Türkiyeə üçün artım proqnozunu 2023-cü ildə 2 faizdən 2,3 faizə, 2024-cü il üçün isə 3 faizdən 4 faizə yüksəldib.

"Habertürk": Çinli BYD Türkiyə distribyutorunu seçib

Çinin elektrik avtomobil istehsalçısı BYD (Build Your Dreams) Türkiye bazarına daxil olmaq üçün ALJ Türkiye ilə razılığa gəlib. BYD-nin elektriklə işləyən sərnişin və kommersiya modellərinin Türkiye distribyutorluğu üçün niyyət məktubu imzalanıb.



Әlaqәli Xәbәrlәr