Türkiye mətbuatı, 1 mart 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1953091
Türkiye mətbuatı, 1 mart 2023

"Hürriyet": Ərdoğan: "309 min evin tikintisinə başlayırıq”

Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşın Elbistan və Malatyanın Doğanşehir qəsəbələrində zəlzələdən zərər çəkənlərə baş çəkib. "Mart və aprel aylarında zəlzələ bölgəsində 309 min evin tikintisinə başlayırıq", -deyə dövlət başçısı qeyd edib.

"Star": “Evlərin tikintisinə start verilib”

Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum “Hər vilayətdə olduğu kimi zəlzələdən zərər çəkən Hatayda da qoruq bölgələrində ilk növbədə Amanos dağının ətəyində binalar inşa edəcəyik. Biz ən düzgün yaşayış sahəsi üçün çalışırıq" deyib. Nazir Kurum 2 min 212 mənzilin tikinti prosesinin başladığını bildirib.

"Yeni Şafak": Fransa komandası: "Heç bir ölkə belə bir fəlakətə hazır ola bilməz”

Fransadan olan axtarış-xilasetmə qrupunun rəhbəri Erik Zipper zəlzələnin yaratdığı dağıntıları “fəlakət” adlandırıb. "Heç bir ölkə belə bir fəlakətə hazır ola bilməz" deyib. Zipper onu da deyib ki, Türkiyenin qurumları, dərnəkləri və qeyri-hökumət təşkilatları mənim olduğum bölgədə əllərindən gələni etdilər.

"Haber Türk": Türkiye iqtisadiyyatı 2022-ci ildə 5,6 faiz böyüdü

Türkiye iqtisadiyyatı keçən il 5,6 faiz, 2022-ci ilin son rübündə isə 3,5 faiz artıb. 2021-ci ildə 9539 dollar olan adambaşına gəlir 2022-ci ildə 10655 dollara yüksəlib. Beləliklə, 2017-ci ildən bəri ilk dəfə olaraq 10.000 dollar həddi keçib.

"Sabah": İqtisadçılar artım məlumatlarını qiymətləndirdi

İqtisadçı Haluk Bürümçəkçi Türkiye iqtisadiyyatının gözləntilərin üzərində böyüməsi ilə bağlı "Özəl investisiyaların göstəricisi olan maşın-avadanlıq investisiyaları son 13 rübdə ardıcıl olaraq artıb" deyib. Piri Rəis Universitetinin rektor müavini Prof. Dr. Erhan Aslanoğlu isə bildirdi ki, artımın lokomotivi son illərdə olduğu kimi daxili tələbatda da davam edir.



Әlaqәli Xәbәrlәr