Türkiyə mətbuatı, 29 yanvar 2021

Türkiyə mətbuat və veriliş orqanlarında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi

1573393
Türkiyə mətbuatı, 29 yanvar 2021

“Sabah”: “Türkiyə, Egey dənizi, şərq Aralıq dənizi və Kiprdə haqlarından imtina etmiyəcək

 2021-ci il ilk Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirildi. MTŞ bəyannaməsində Türkiyənin Egey, Şərqi Aralıq dənizi və Kiprdə beynəlxalq hüquqlardan irəli gələn haqlarını əzm ilə qorumağa davam edəcəyi vurğulanıb. Bəyannamədə: “İclasda bölgəmizdəki qeyri-sabitliyin əsas mənbəyi olan terror təşkilatlarının cənub qonşularımızın ərazilərindəki mövcudluğuna son qoymaq üçün atılan addımlar müzakirə edilib. Məsələnin tərəfdaşı olan bütün beynəlxalq aktyorlar öhdəliklərə əməl etməyə çağrılıb”.

“Vatan”: İkinci hissəsi idxal edilən peyvəndin 3.5 milyon dozası İstanbulda

Türkiyə Çindən satın aldığı koronavirus əleyhinə peyvənd tədarükünə davam edir. Həmin çərçivədə daha 10 milyon doza peyvənd bu gün səhər Türkiyəyə gətirildi. Çindən gələn 30 milyon doza peyvənd ilk olaraq səhiyyə işçilərinə vurulub. Tədarük çərçivəsində 25 Yanvarda 6.5 milyon, bu gün isə 10 milyon doza gətirilib.

“Yeni Şafak”: "Yerli peyvənd daha etibarlı olacaq

Türk alimləri tərəfindən Koronavirus(Kovid-19) əleyhinə hazırlanan yerli peyvəndin daha yüksək effektivliyə və etibarlılığa sahib olacağı nəzərindən müdafiə edilib.

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının rəhbəri Həsən Mandal yerli peyvəndi xaricdə istehsal edilənlərdən fərqləndirərək  yerli peyvəndin effektivliyi və təhlükəsizliyinin daha yüksək olacağına diqqət çəkib.

“Star”: İngiltərə, Türkiyə ilə əməşdaşlıq etməkdə qərarlıdır

 İngiltərənin Ankaradakı səfiri Dominick Chilcottun sözlərinə görə İngiltərə Türkiyə  müdafiə sənayesi sektorları arasındaki  əməkdaşlığın güclənərək  davam  etməsini istəyir. Səfir  bu  barədəki  açıqlamasında  hər iki ölkədəki şirkətlərin və istehlakçıların bir-birlərinin məhsullarını satın almaq arzusunda  olduqlarını   vurğulayıb.

“Haber Türk”: Türkiyənin 6 şəhəri dünyanın ən təhlükəsiz şəhərləri siyahısına salınıb

“Numbeo” araşdırma şirkətinin 2020-ci il üçün açıqladığı ən təhlükəsiz şəhərlər siyahısında, Türkiyənin Eskişehir, Antalya, Bursa, İzmir, Ankara, İstanbul vilayətləri iştirak edir.



Әlaqәli Xәbәrlәr