Türkiyədə İbrahim Rəisinin ölümü ilə əlaqədar birgünlük matəm elan edilib

Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.

2141986
Türkiyədə İbrahim Rəisinin ölümü ilə əlaqədar birgünlük matəm elan edilib

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisinin vəfatı ilə əlaqədar birgünlük milli matəm elan etməyə qərar verdiklərini açıqlayıb.

  Nazirlər Kabinetinin iclasından sonra R.T.Ərdoğan deyib: “Helikopterin qəzaya uğraması nəticəsində İran prezidenti və onu müşayiət edən nümayəndə heyətinin həlak olmasına üzüldük. İran prezidentinin vəfatı ilə əlaqədar İran xalqı ilə dərin kədərimizi bölüşmək üçün ölkəmizdə birgünlük matəm elan etmək qərarına gəldik”.

  Ərdoğan həmçinin qeyd edib ki, Rəisi və heyətini aparan helikopter qəzaya uğradıqdan sonra İranın istəyi ilə bu ölkəyə göndərilən “Akıncı” PUA çətin hava şəraitinə baxmayaraq, bölgədə 7,5 saat ərzində axtarış fəaliyyəti həyata keçirib. 

  Qeyd edək ki, İbrahim Rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini aparan helikopter mayın 20-də Azərbaycan-İran sərhədindəki bəndin açılış mərasimindən qayıdarkən əlverişsiz hava şəraiti səbəbindən qəzaya düşüb.

  İran havadan axtarış aparmaq üçün Türkiyədən pilotsuz uçuş aparatı (PUA) istəyib. ''Akinci” PUA İbrahim Rəisini aparan helikopterin qəzaya düşdüyü ehtimal olunan "istilik mənbəyi" tapıb.

  Türkiyə tərəfi qəzanın ehtimal olunan yerinin koordinatlarını İran hökumətinə təqdim edib.

  İran xilasedici qrupları müəyyən edilmiş nöqtəyə gedib və qəza nəticəsində sağ qalanın olmadığı bəlli olub.

  Qəza nəticəsində İran prezidenti, xarici işlər naziri və digər rəsmi şəxslər həyatını itirib.



Әlaqәli Xәbәrlәr