Rumıniyanın Baş naziri Türkiyədə səfərdədir

Rumıniyanın Baş naziri İon-Marsel Çiolaku prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyədə səfərdədir.

2142468
Rumıniyanın Baş naziri Türkiyədə səfərdədir

Rumıniyanın Baş naziri İon-Marsel Çiolaku prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyədə səfərdədir.
İon-Masel Çiolaku və onu müşayiət edən nümayəndə heyəti paytaxt Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyi-Anıtqəbiri ziyarət edib.
Anıtqəbirdəki xüsusi dəftəri imzalayan Ciolaku iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması münasibətilə Ankaraya rəsmi səfər etdiyini bildirib.
Qonaq Baş nazir İon-Marsel Ciolaku xususi dəftərə bu sözləri yazıb: 
“Cümhuriyyətin qurucu prezidenti, uzaqgörən islahatçı, hərbi strateq və diplomat Mustafa Kamal Atatürkə ehtiramımı bildirməkdən şərəf duyuram. Türkiyə Cümhuriyyətinin yüzillik tarixi boyunca Rumıniya ilə Türkiyə Respublikası arasında münasibətlər tədricən mehriban qonşuluq və dostluqdan NATO müttəfiqliyinə və regional tərəfdaşlığa doğru inkişaf edərək ən yüksək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. İkitərəfli əməkdaşlığımızın və dialoqumuzun davam etməsini və dərinləşməsini səbirsizliklə gözləyirəm”.



Әlaqәli Xәbәrlәr