Numan Kurtulmuş iranlı həmkarına başsağlığı verib

Türkiyə Böyük Millət Məclisindən verilən açıqlamaya görə, Numan Kurtulmuş İran parlamentinin sədri Məhəmməd Bakır Kalibafla telefon əlaqəsi saxlayıb.

2142388
Numan Kurtulmuş iranlı həmkarına başsağlığı verib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İran parlamentinin sədri Məhəmməd Bakır Kalibafa Türkiyə Böyük Millət Məclisi və Türkiyə xalqı adından başsağlığı verib.
Türkiyə Böyük Millət Məclisindən verilən açıqlamaya görə, Numan Kurtulmuş İran parlamentinin sədri Məhəmməd Bakır Kalibafla telefon əlaqəsi saxlayıb.
Numan Kurtulmuş ötən gün helikopter qəzası nəticəsində həyatını itirən İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər rəsmi şəxslər ilə əlaqədar həmkarı Məhəmməd Bakır Kalibafa başsağlığı verib.
"Dost və qardaş İran xalqına Türkiyə Böyük Millət Məclisi və xalqımız adından dərin hüznlə başsağlığı verir, səbir diləyirəm. Dünyasını dəyişənlərin ailələrinə başsağlığı verirəm",-deyə Numan Kurtulmuş söhbət zamanı söyləyib.



Әlaqәli Xәbәrlәr