Türkiyə XİN: ''Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşür''

Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşdüyünü açıqlayıb.

2141451
Türkiyə XİN: ''Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşür''

Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşdüyünü açıqlayıb.
Türkiyə Xarici İşlər Nazirliyi Krım tatarlarının sürgün edilməsinin 80-ci ildönümü və Çərkəz sürgününün 160-cı ildönümü münasibətilə bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Krım tatar türk xalqının Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən sürgün edilməsindən 80 il keçməsinə baxmayaraq, qəsb edilmiş hüquqları geri qaytarılmayıb.
"Çərkəz sürgünü Türkiyənin kədərlə xatırladığı bir faciədir. Biz Krım tatarlarının və Qafqazın qardaş xalqlarının ağrı-acısını bölüşürük, xatirələrini hörmətlə yad edirik'',-deyə bəyanatda vurğulanıb.



Әlaqәli Xәbәrlәr