Rəcəb Tayyib Ərdoğan: ''Qara dəniz təşəbbüsü olmasaydı, bir çox yerdə qıtlıq yaşanardı''

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:“Qara dəniz təşəbbüsü olmasaydı, bir çox yerlərdə, xüsusən də Afrika ölkələrində qıtlıq yaşanardı''.

2140978

Türkiyə Prezidenti İstanbulda “Davamlı Kənd Təsərrüfatı və Kənd Təsərrüfatında Brendləşmə” mövzusunda keçirilən toplantıda çıxış edib.
Rəcəb Tayyib Ərdoğan deyib: "İqlim dəyişikliyinin mənfi təsirləri ilə su ehtiyatları və hövzələr münaqişə xətlərinə çevrilir. Asiya, Amerika, Şimali Afrika və Yaxın Şərqdə bir çox gərginliyin əsasında su ehtiyatları ilə bağlı fikir ayrılıqları dayanır. Rusiya-Ukrayna müharibəsi və Covid-19 pandemiyası dövründə bütün ölkələrin ərzaq təhlükəsizliyini təmin etmək üçün necə  mübarizə apardığını unutmamışıq''.
Türkiyənin səyləri ilə həyata keçirilən Qara dəniz təşəbbüsü olmasaydı, bir çox yerdə, xüsusilə də Afrika ölkələrində qıtlıq yaşanardı. Aclıq təhlükəsi ilə üzləşən on minlərlə insan həyatını itirəcəkdi. Biz buna biganə qala bilmədik. 33 milyon ton taxılın boğazlarımızdan təhlükəsiz şəkildə  keçməsini təmin etməklə vəziyyətin nəzarətdən çıxmasının qarşısını aldıq''.

Әlaqәli Xәbәrlәr