“SunExpress” İzmirə 7 beynəlxalq uçuş əlavə etdi

“SunExpress”in icraçı direktoru Maks Kovnatski İzmirdə keçirilən mətbuat konfransında bildirib ki ...

2140541
“SunExpress” İzmirə 7 beynəlxalq uçuş əlavə etdi

 

  “SunExpress”in icraçı direktoru Maks Kovnatski İzmirdə keçirilən mətbuat konfransında bildirib ki, bu ilin yayından İzmirə Madrid, Praqa, Priştina, Roma, Sarayevo, Tiran və Varşava uçuşlarını əlavə ediblər.

  İzmiri dünyaya, dünyanı isə İzmirə bağlamağa davam etdiklərini söyləyən M.Kovnatski deyib: "7 yeni marşrutla İzmirdə indiyə qədərki ən geniş uçuş şəbəkəmizə çatdıq. İzmir təkcə yayda deyil, hər mövsümdə fərqli səyahət təcrübələri göstərən bir şəhərdir. Türkiyənin turizm səfiri olaraq dünyanın hər yerindən gələn qonaqları İzmirdə qarşılamaqdan, bu tarixi şəhərin mədəni irsi və bənzərsiz təbiətini kəşf etməkdən qürur duyuruq.

  Türkiyə cazibə mərkəzidir. Dəniz turizmi ilə yanaşı qastronomiya və tarixi yerləri ilə Türkiyə Qərbi Avropaya gəlmək istəyənlər üçün ilk istiqamət olmalıdır”.

  Qeyd edək ki, “SunExpress” İzmirdən 46 istiqamətə həftədə 271 beynəlxalq uçuş həyata keçirir.



Әlaqәli Xәbәrlәr