Son bir həftədə 47 terrorçu zərərsizləşdirilib

Bu barədə Milli Müdafiə Nazirliyinin keçirdiyi məlumatlandırma toplantısında bildirilib.

2140509
Son bir həftədə 47 terrorçu zərərsizləşdirilib

Son bir həftə ərzində həyata keçirilən əməliyyatlar nəticəsində 47 terrorçu zərərsizləşdirilib.
Bu barədə Milli Müdafiə Nazirliyinin keçirdiyi məlumatlandırma toplantısında bildirilib.
Məlumata görə, son bir həftədə 47 terrorçu zərərsizləşdirilib, yanvarın 1-dən bu yana zərərsizləşdirilən terrorçuların sayı isə minə çatıb.
Bundan əlavə, ötən həftə İraqın şimalındakı sığınacaqlarından qaçan iki PKK terrorçusu Habur sərhəd-buraxılış məntəqəsindəki təhlükəsizlik qüvvələrinə təslim olub.
İraqın şimalında həyata keçirilən ''Pəncə-Kilid'' əməliyyatı bölgəsində 4 otaqlı mağaranın aşkar edildiyi bildirilib.
Mağaralarda aşkar edilən çox miqdarda təyyarə və tank əleyhinə silahlar, reaktiv yaylım atəşi sistemləri, qumbaraatanlar, minaatanlar, tüfənglər, snayper tüfəngləri, pulemyotlar, əl qumbarası, durbin və  radio ələ keçirilib.
Qeyd edək ki, ''Pəncə-Kilid'' əməliyyatı nəticəsində indiyədək 931 terrorçu zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr