Ərdoğanın açıqlamaları Sultan Əbdülhəmidi xatırlatdı

Dünya Müsəlman Alimlər Birliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Həmas”ı “terrorçu” hərəkat kimi tanımaqdan imtina etməsindən məmnun olduğunu bildirib

2140333
Ərdoğanın açıqlamaları Sultan Əbdülhəmidi xatırlatdı

 

  Dünya Müsəlman Alimlər Birliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Həmas”ı “terrorçu” hərəkat kimi tanımaqdan imtina etməsindən və onu “işğal edilmiş torpaqları müdafiə edən müqavimət hərəkatı” kimi xarakterizə etməsindən məmnun olduğunu açıqlayıb.

  Birlik tərəfindən verilən yazılı açıqlama deyilir: “R.T.Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisin “Həmas”ı terror təşkilatı adlandırmasına etiraz bildirdi və onu “torpaqlarını müdafiə edən müqavimət hərəkatı” adlandırdı. Bu çıxış məzlumların qələbəsi, zalımlara qarşı savaş, Allah övliyalarının zəfəri və Allah düşmənlərinə qarşı müharibədir. Bu çıxış dünyanın hər yerindəki məzlumların qəlbinə təsəlli verdi. Türkiyə onların tərəfində oldu və olur, istiqamətini dəyişmədi və dəyişdirmir.

  Prezident Ərdoğanın güclü açıqlamaları və şərəfli rəftarları təqdirəlayiqdir, müsəlman alimlərin və İslam ümmətinin duaları qazanır.

  Osmanlı imperiyasının sultanlarından biri olan II Əbdülhəmid xanın (1876-1909) Fələstin torpaqlarına münasibəti bəlli idi. Türkiyə prezidentinin açıqlamaları bizə Sultan Əbdülhəmidi xatırlatdı”.



Әlaqәli Xәbәrlәr