Rəcəb Tayyib Ərdoğan Robert Fikoya edilən hücumu pisləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Slovakiyanın Baş naziri Robert Fikoya edilən hücumu pisləyib və ''keçmiş olsun'' arzularını çatdırıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Slovakiyanın Baş naziri Robert Fikoya edilən hücumu pisləyib və ''keçmiş olsun'' arzularını çatdırıb.
Rəsmi internet səhifəsində paylaşım edən Türkiyə Prezidenti deyib:
"Slovakiyanın Baş naziri Robert Fikoya qarşı törədilmiş xain sui-qəsdi pisləyirəm və hücum zamanı yaralanan cənab Fikonun tezliklə sağalmasını arzulayıram. Slovakiya xalqına və hökumətinə ölkəm və xalqım adından ''keçmiş olsun'' arzularımı çatdırıram''.
Qeyd edək ki, Robert Fiko dünən ölkəsində keçirilən Nazirlər Kabinetinin iclasından sonra sui-qəsdə məruz qalıb. Hücum nəticəsində yaralanan Slovakiyanın Baş naziri xəstəxanaya yerləşdirilib.
Әlaqәli Xәbәrlәr
Yunanıstan miqrantları dənizin ortasına tərk edib
Türkiyənin Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) ilə görüntülənib