Mehmet Şimşək Qətərdə səfərdədir

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək Qətərin paytaxtı Dohada keçirilən və iki gün davam edəcək Qətər İqtisadi Forumu çərçivəsində görüşlər keçirəcək.

2139806
Mehmet Şimşək Qətərdə səfərdədir

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək Qətərin paytaxtı Dohada keçirilən və iki gün davam edəcək Qətər İqtisadi Forumu çərçivəsində görüşlər keçirəcək.
Xatırladaq ki, Mehmet Şimşək dünən Belçikanın əhəmiyyətli beyin mərkəzlərindən biri olan Bruegeldə "Türkiyə: Avropa ekosistemində irəliləyiş" adlı tədbirdə çıxış edib.
Məlumata görə, nazir Mehmet Şimşək daha sonra Qətər İqtisadi Forumuna qatılmaq üçün Dohaya gedib.
Mehmet Şimşək forum çərçivəsində keçiriləcək “Rəqabətli iqtisadiyyatların yaradılması” adlı sessiyada çıxış edəcək və investorlar görüşlərinə də qatılacaq.
Mehmet Şimşək həmçinin foruma qatılan nazirlərlə də ikitərəfli görüşlər keçirəcək.



Әlaqәli Xәbәrlәr