İlk dəfə birbaşa Bratislava-İstanbul uçuşları başladı

“Pegasus” Hava Yolları 2024-cü ilin 15 may tarixindən ilk dəfə olaraq İstanbul Sabiha Gökçen – Bratislava (BTS) istiqamətində yeni beynəlxalq uçuşlara başladı

2140125
İlk dəfə birbaşa Bratislava-İstanbul uçuşları başladı

 

  Slovakiyanın paytaxtı Bratislava ilk dəfə birbaşa uçuşla İstanbula bağlandı.

  “Pegasus” Hava Yolları 2024-cü ilin 15 may tarixindən ilk dəfə olaraq İstanbul Sabiha Gökçen – Bratislava (BTS) istiqamətində yeni beynəlxalq uçuşlara başladı.

  Bu yeni marşrut “Pegasus” Hava Yollarının 2024-cü ildə Xorvatiyada Zaqreb, Misirdə Sfenks, Qazaxıstanda Aktau, Bolqarıstanda Sofiya və Moldovada Kişinyovdan sonra istifadəyə verdiyi 6-cı yeni beynəlxalq marşrutdur.

  İstanbul Sabiha Gökçen və Bratislava arasında həftədə iki dəfə - çərşənbə və bazar günləri uçuşlar həyata keçiriləcək.

  Bu yeni xəttin ilin qalan hissəsində Sabiha Gökçen aeroportuna əlavə 23 min beynəlxalq sərnişin gətirəcəyi gözlənilir. Beləliklə, İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanı 53 ölkədə 40 daxili və 122 beynəlxalq istiqamətə xidmət göstərmiş olur və ümumilikdə 162 istiqamətə güclü şəkildə bağlanır.



Әlaqәli Xәbәrlәr