“Həmas”ın yanında olmağa davam edəcəyik”, R.T.Ərdoğan

Sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisində (TBMM) qrup toplantısında iştirak edən R.T.Ərdoğan çıxışında İsrailin Qəzzada 7 aydır davam edən soyqırımına bir daha reaksiya verərək deyib ...

2139978
“Həmas”ın yanında olmağa davam edəcəyik”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahu və Qəzzada soyqırımda iştirak edənlərin tökdükləri hər damla qana görə cavab verəcəklərini bildirib.

  Sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisində (TBMM) qrup toplantısında iştirak edən R.T.Ərdoğan çıxışında İsrailin Qəzzada 7 aydır davam edən soyqırımına bir daha reaksiya verərək deyib: "Netanyahu və soyqırımda iştirak edənlər tökdükləri hər damla qana görə cavab verəcəklər. Soyqırımçıların qanun qarşısında cavab verməsi üçün biz varıq.

  Düşünməyin ki, İsrail Qəzzada qalacaq. Bu azğın dövlət, bu terror dövləti dayandırılmalıdır.   

  Həm öz torpaqlarının müstəqilliyi üçün mübarizə aparan, həm də Anadolunu müdafiə edən Fələstin müqavimət hərəkatı “Həmas”ın yanında olmağa davam edəcəyik.

  İsrailin qara təbliğatı - sionist qatillərin və onların piyadalarının bizi hədəfə alması qorxmalı və ya çəkinəcək bir şey deyil, sinəmizdə fəxrlə daşıyacağımız şərəf nişanıdır”.

 



Әlaqәli Xәbәrlәr