Ömər Bolat: ''Türkiyə ilə ABŞ arasındakı ticarət əlaqələri müsbət istiqamətdə inkişaf edir''

Türkiyənin ticarət naziri Ömər Bolat Türkiyə ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasındakı ticarət əlaqələrinin müsbət istiqamətdə inkişaf etdiyini bildirib.

2139500

Ömer Bolat İstanbulda təşkil edilən Trade Winds tədbirində çıxış edib.

Türkiyə ilə ABŞ arasındakı ticarət həcminin 16 milyard dollara çatdığını deyən Ömər Bolat, bu gün ABŞ-ın Türkiyənin ikinci ən böyük ixracat bazarına çevrildiyini vurğulayıb.

İki ölkə arasındakı ticarət həcmi hədəfinin 100 milyard dollar olduğunu deyən nazir Ömər Bolat bunun asanlıqla reallaşa biləcək bir hədəf olduğunu vurğuladı.

Ticarət naziri türk şirkətlərinin ABŞ-a marağının artdığını bildirib.

“2023-cü ilin sonunda şirkətlərimizin ABŞ-dakı investisiyaları 11 milyard dollara, xarici investisiyalarımızda ABŞ-ın payı isə 16 faizə çatıb”,-deyə Ömər Bolat qeyd edib.

3 gün davam edəcək tədbirdə 120-dən çox ABŞ şirkəti iştirak edir.

Әlaqәli Xәbәrlәr