Hakan Fidan və Aleksandr Şallenberq birgə mətbuat konfransında çıxış ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrailin sistemli şəkildə minlərlə günahsız fələstinlini qətlə yetirməsi, milyonlarla insanı yurd-yuvalarından didərgin salması soyqırımdır.

2139495

Hakan Fidan paytaxt Ankarada rəsmi səfərdə olan Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqlə birgə mətbuat konfransında çıxış edib.

İsrailin Fələstin torpaqlarını işğal etdiyini vurğulayan Hakan Fidan deyib: “İsrail işğalçı dövlətdir. Buradakı müharibə bir anda başlayan  müharibə deyil. İşğal var və bu işğal heç vaxt dayanmır. Beynəlxalq ictimaiyyət təzyiq göstərmədi, buna mane olmadı, heç nə edə bilmədi”. 
Hakan Fidan bəyan edib ki, Türkiyə oktyabrın 7-də ''Həmas''ın İsrailə hücumu nəticəsində  dinc sakinlərin öldürülməsini pisləyib.
“Bu, bizim prinsipimizdir, lakin eyni zamanda, İsrailin təkcə bir gün deyil, 7 ay ərzində minlərlə günahsız fələstinlini sistematik şəkildə qətlə yetirməsi insanlığa qarşı cinayətdir. Bu, soyqırıma cəhddir, soyqırım aktıdır”,-deyə Hakan Fidan vurğulayıb.
Türkiynin xarici işlər naziri bildirib ki, işğala qarşı mübarizə aparan, öz torpağını qoruyan, mübarizə aparan müqavimət hərəkatını terror təşkilatı adlandırmaq düzgün deyil. “Həmas'' müqavimət hərəkatıdır, terrorçu hərəkat deyil.

Әlaqәli Xәbәrlәr