“Bunun nümunəsini yalnız Hitler Almaniyasında gördük”, R.T.Ərdoğan

İstanbulda keçirilən Dünya İslam Alimləri Məşvərət Sammitinin açılış proqramında çıxış edən R.T.Ərdoğan Ərdoğan bildirib ...

2138681
“Bunun nümunəsini yalnız Hitler Almaniyasında gördük”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “2023-cü il oktyabrın 7-dən Qəzzada bəşər tarixinin ən amansız qətliamlarından biri həyata keçirilir” dedi.

  İstanbulda keçirilən Dünya İslam Alimləri Məşvərət Sammitinin açılış proqramında çıxış edən R.T.Ərdoğan bildirib: “Özlərini “azadlıq diyarı” kimi bazara çıxaranlar İsrailin maraqları təhlükə altına düşəndə ​​birdən-birə faşizmə üz tuturlar.

  Türkiyə xəstəxanalarında Qəzzadan 400-dən çox xəstə və yaralı, o cümlədən xərçəng xəstələri müalicə olunur.

  Vicdanlı ölkələr və cəmiyyətlər istisna olmaqla, qlobal sistemin ağalarının İsrailə təzyiq göstərməsini gözləmək tamamilə əbəsdir.

  Biz İsrailin hər bir vicdanlı səsi antisemitizm çubuğu ilə susdurmasına icazə verməyəcəyik.

  2023-cü ilin 7 oktyabrından İsrailin Qəzzaya hücumlarının başlamasından bu yana bəşər tarixinin ən amansız qırğınlarından biri yaşanır.

  İsrail günahsız qanı tökməkdə davam edir: 15 min uşaq vəhşicəsinə öldürülüb, 35 min fələstinli bacı-qardaş şəhid olub, 2 milyon adam evlərini tərk etmək məcburiyyətində qalıb. Oktyabrın 7-dən əvvəl artıq açıq hava həbsxanası olan Qəzza son 219 gündə bir qırğın düşərgəsinə çevrilib ki, bunun nümunəsini yalnız Hitler Almaniyasında gördük.

  Bütün ölkələri Fələstin dövlətini ən qısa zamanda tanımağa dəvət edirəm.

  “Həmas” Qəzza zolağında daimi atəşkəsə gedən yolda çox mühüm bir addımı atdı. İsrailin baş naziri Benjamin Netanyahunun cavabı isə Rəfahdakı günahsızlara hücum etmək oldu”.   

  R.T.Ərdoğan çıxışında Əfqanıstanın Bağlan rayonunda baş verən daşqınlarda həyatını itirən 300-dən çox adam üçün Allahdan rəhmət diləyib, Əfqanıstan xalqına başsağlığı verib.



Әlaqәli Xәbәrlәr