“Yeni konstitusiyanın həlli sürətləndirilməlidir, çünki…” R.T.Ərdoğan

Türkiyə Dövlət Şurasının yaradılmasının Ankarada keçirilən ildönümü mərasimində çıxış edən R.T.Ərdoğan deyib ...

2138017
“Yeni konstitusiyanın həlli sürətləndirilməlidir, çünki…” R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni konstitusiyanın ölkənin problemlərinin həllini daha da sürətləndirəcəyini bildirib.

  Dövlət Şurasının yaradılmasının Ankarada keçirilən ildönümü mərasimində çıxış edən R.T.Ərdoğan deyib: “Yeni Konstitusiyaya ehtiyac var. Çünki yeni konstitusiya vətəndaş siyasəti sahəsini genişləndirəcək, iqtisadiyyatdan tutmuş sosial həyata qədər ölkəmizin problemlərinin həllini sürətləndirəcək. Bu baxımdan müxtəlif siyasi partiyalar arasında məsləhətləşmələrin və danışıqların intensivləşdirilməsi mühüm fürsətdir. Ümid edirik ki, Türkiyə siyasəti bu fürsəti ölkəmiz, millətimiz və demokratiyamız üçün daimi bir qazanca çevirəcək.

  Millətimizin gözləntiləri çərçivəsində konstruktiv rolumuzu oynamağa davam edəcəyik”.



Әlaqәli Xәbәrlәr