İraq və Suriyanın şimalında 17 terrorçu zərərsizləşdirilib

Milli Müdafiə Nazirliyindən (MSB) verilən bəyanatda terrorla mübarizənin qətiyyətlə davam etdirildiyi bildirilib.

2138041
İraq və Suriyanın şimalında 17 terrorçu zərərsizləşdirilib

İraq və Suriyanın şimalında separatçı terror təşkilatı PKK-ya aid 17 terrorçu zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyindən (MSB) verilən bəyanatda terrorla mübarizənin qətiyyətlə davam etdirildiyi bildirilib.
Bəyanatda həmçinin bu ifadələrə yer verilib: “Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk, Qara və ''Pəncə-Kilid'' əməliyyatı bölgələrində aşkar  edilən 10 PKK terrorçusunu və  Suriyanın şimalındakı ''Zeytun budağı'' və ''Sülh çeşməsi'' əməliyyatı bölgələrində aşkar edilən 7 PKK/YPG terrorçusunu  zərərsizləşdirib”.



Әlaqәli Xәbәrlәr