Ankarada “Heydər Əliyev və Türk dünyası” xatirə proqramı

Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Ankara Universitetində Azərbaycanın Türkiyədəki Səfirliyi və Ankara Universtetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Türk dünyası” başlıqlı xatirə proqramı təşkil olunub

2137788
Ankarada “Heydər Əliyev və Türk dünyası” xatirə proqramı
H.Əliyev_101_Ankara Universiteti_02.jpg
H.Əliyev_101_Ankara Universiteti_.jpg
H.Əliyev_101_Ankara Universiteti_03.jpg
H.Əliyev_101_Ankara Universiteti_05.jpg

 

  Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Ankara Universitetində Azərbaycanın Türkiyədəki Səfirliyi və Ankara Universtetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Türk dünyası” başlıqlı xatirə proqramı təşkil olunub.

  Azərbaycan və Türkiyənin dövlət himnləri ilə başlayan proqramda H.Əliyevin mənalı həyat yolunu əks etdirən qısa sənədli film nümayiş etdirilib.

  Ankara Universitetinin rektoru Necdət Ünüvar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım və Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Türkiyə Parlamentlərarası İşçi Qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxışlar edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər, Azərbaycan və bütün Türk dünyası qarşısında xidmətləri barədə danışıblar.

  Mərhum prezidenti Gülhanə Hərbi Tibb Akademiyasında müalicə etmiş professor Hayati Bilgiç Heydər Əliyevi şəxsən tanımaqdan duyduğu qüruru ifadə edib və ümummilli liderin insani və liderlik xüsusiyyətləri barədə fikirlərini bölüşüb.

  Paneldə Ankara Universiteti Təhsil Elmləri fakültəsinin professoru Yıldız Dəvəci Bozkuş və Ankara Hacı Bayram Vəli Universiteti İqtisadi və İnzibati Elmlər fakültəsinin dosenti Erman Akıllı təqdimatla çıxış edərək Ümummilli liderin Azərbaycanın dövlət quruculuğundakı misilsiz roluna dair geniş məlumat veriblər.

  Xatirə tədbiri Heydər Əliyevin xatirəsinə həsr olunmuş musiqi proqramı ilə başa çatıb.



Әlaqәli Xәbәrlәr