Son bir həftədə 108 terrorçu zərərsizləşdirilib

Son bir həftə ərzində həyata keçirilən terrorla mübarizə  əməliyyatları nəticəsində separatçı terror təşkilatı PKK-nın 108 üzvü zərərsizləşdirilib.

2137634
Son bir həftədə 108 terrorçu zərərsizləşdirilib

Son bir həftə ərzində həyata keçirilən terrorla mübarizə  əməliyyatları nəticəsində separatçı terror təşkilatı PKK-nın 108 üzvü zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyində keçirilən məlumatlandırma toplantısında ölkə daxilində və sərhəddən kənarda keçirilən əməliyyatlarla bağlı məlumat verilib.
Bu çərçivədə İraq və Suriyanın şimalı da daxil olmaqla son bir həftə ərzində həyata keçirilən əməliyyatlar nəticəsində 108 terrorçu zərərsizləşdirilib.
Bununla da yanvarın 1-dən indiyədək zərərsizləşdirilən terrorçuların sayı 953-ə çatıb.
Bundan əlavə, ötən həftə İraqın şimalındakı sığınacaqlarından qaçan daha 2 PKK terrorçusu Habur sərhəd-keçid məntəqəsindəki təklükəsizlik qüvvələrinə təslim olub.



Әlaqәli Xәbәrlәr