Numan Kurtulmuş Kuba Milli Məclisinin sədri ilə görüşüb

Kubada rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş  paytaxt Havanada Kuba Milli Məclisinin sədri Esteban Lazo Hernandez ilə görüşüb.

2137354

Numan Kurtulmuş təkbətək və heyətlər arasında baş tutan görüşlər zam anı etdiyi çıxışda Türkiyə və Kuba xalqlarının bir çox cəhətdən oxşar olduğunu, məsafələr uzaq olsa da, hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlər etdiyini, xüsusilə son illərdə həyata keçirilən qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin hər mənada artmasına töhfə verdiyi ifadə edildi.
Kurtulmuş Türkiyənin son illərdə dünyanın müxtəlif yerləri ilə çox yaxın əlaqələr qurduğunu, türk iş adamlarının Kuba iqtisadiyyatına sərmayə qoymağa son dərəcə istəkli olduğunu bildirib.
Kuba Milli Məclisinin sədri Esteban Lazo Hernandez də qarşılıqlı səfərlərlə parlamentlərarası əməkdaşlığın artırılmasını arzuladıqlarını qeyd edib.
Numan Kurtulmuş Kubanın müstəqilliyi uğrunda mübarizə aparan şair və yazıçı Xose Martinin abidəsini də ziyarət edib.

Әlaqәli Xәbәrlәr