Rəcəb Tayyib Ərdoğan: ''Küveytin İsrail ilə bağlı mövqeyi önəmlidir''

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Küveyt Əmiri Şeyx Mişal Əl Əhməd Əl Cabir əs Sabah ilə keçirdiyi görüşdə Küveytin İsrailin zülmünə qarşı mövqeyinin əhəmiyyətli olduğunu və bu mövqeyin Fələstin davasını gücləndirdiyini bildirib.

2136691

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi Rəcəb Tayyib Ərdoğanla Şeyx Mişal Əl Əhməd Əl Cabir əs Sabah arasında Prezident İqamətgahında keçirilən  görüşdən sonra bəyanat yayıb.

Bəyanata görə, Küveyt Əmirinin Türkiyə ilə Küveyt arasında diplomatik əlaqələrin qurulmasının 60-cı ildönümü münasibətilə etdiyi səfər çərçivəsində iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələri ətraflı şəkildə müzakirə olunub.

Görüşdə İsrailin Qəzzadakı günahsız Fələstin xalqına təşkil etdiyi hücumlar da müzakirə olunub. Prezident Ərdoğan Küveytin İsrailin zülmünə qarşı mövqeyinin əhəmiyyətli olduğunu, bu mövqeyin Fələstin davasına güc qatdığını və Türkiyənin  başdan bəri davamlı atəşkəsin təmin olunması üçün səy göstərdiyini bildirib.

Prezident Ərdoğan görüşdə İslam dünyasının 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi baxımdan inteqrasiya olunmuş Fələstin Dövlətinin qurulması üçün birgə çalışmasının vacibliyini qeyd edib.

Әlaqәli Xәbәrlәr