Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyədə səfərdədir

Əli Əsədov Türkiyəyə səfəri çərçivəsində ilk olaraq vitse-prezident Cevdet Yılmazla görüşüb.

2136972
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyədə səfərdədir

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyədə səfərdədir.
Əli Əsədov Türkiyəyə səfəri çərçivəsində ilk olaraq vitse-prezident Cevdet Yılmazla görüşüb.
Görüşdə iki ölkə arasındakı mövcud əlaqələr və əməkdaşlıq imkanları qiymətləndirilib.
Cevdet Yılmaz və Əli Əsədov təkbətək və nümayəndə heyətləri arasında keçirilən görüşlərdən sonra 11-ci Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın Protokolunu imzaladı və birgə mətbuat konfransında çıxış ediblər.

Cevdet Yılmaz Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət həcminin 7,5 milyard dollara çatdığını bildirib.
"Biz Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biri olmaqdan məmnunuq", - Cevdet Yılmaz bildirib.
Cevdet Yılmaz və Əli Əsədov həmçinin Türkiyə-Azərbaycan Biznes Forumunda da iştirak edəcəklər.

Azərbaycanın baş naziri Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul edilib. Prezident İqamətgahında baş tutan görüş mətbuata qapalı keçirilib.



Әlaqәli Xәbәrlәr