“İraqdan bunu elan etməsini gözləyirik”, R.T.Ərdoğan

Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamalarda Ərdoğan deyib ...

2136319
“İraqdan bunu elan etməsini gözləyirik”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın PKK-nı terror təşkilatı elan etməsini gözlədiklərini bildirib.

  Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamalarda Ərdoğan deyib: “13 illik fasilədən sonra ötən ay böyük bir heyətlə İraqa səfər etdik və tarixi əhəmiyyət daşıyan birgə bəyanatlar verdik.

  İraq hökumətinin PKK-nı qadağan olunmuş təşkilat elan etməsi mühüm addım olacaq. Biz PKK-nın terror təşkilatı elan edilməsini gözlədiyimizi bildirmişik. Heç bir dövlət belə təhlükəni görməməzliyə vura bilməz. Manevr məkanı daralmış separatçı təskilata yaxınlarda bir neştər atacaq, lazım olanı etməkdən çəkinməyəcəyik.

  Terrorla mübarizədə qətiyyətliyik. Vaxtı gələndə Suriyada müttəfiqlərimizin verdiyi vədlər üzündən yarımçıq qalan işlərimizi başa çatdıracağıq."



Әlaqәli Xәbәrlәr