Türkiyə növbəti dəfə Qəzza zolağına humanitar yardım göndərib

Türkiyə Qızıl Aypara Cəmiyyətinin Qəzza üçün hazırladığı 5 066 ton humanitar yardımın yükləndiyi gəmi Mersin Beynəlxalq Limanından yola düşüb.

2135601

Oktyabrın 7-dən etibarən İsrailin hücumlarına məruz qalan Qəzza zolağındakı Fələstin xalqına ərzaq, uşaq ləvazimatları və qlütensiz məhsullardan ibarət 5 066 ton yardım materialını daşıyan gəmi yola düşüb. 

Məlumata görə gəmi təxminən 48 saatdan sonra Misirin Əl-Ariş limanına çatacaq.

Qeyd edək ki, humanitar yardım materialları yük maşınları ilə Rəfah sərhəd-keçid məntəqəsinə aparılacaq.
Buradakı gömrük prosedurlarından sonra materiallar Fələstin Qızıl Aypara Cəmiyyətinə təhvil veriləcək.

Әlaqәli Xәbәrlәr