"İsrail də eyni addımı atmalıdır", R.T.Ərdoğan

Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verən Ərdoğan deyib ...

2136132
"İsrail də eyni addımı atmalıdır", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Biz "Həmas"ın bizim təkliflərimiz əsasında atəşkəs təklifini qəbul etməsindən məmnunuq" deyə bildirib. 

  Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verən Ərdoğan deyib: "Həmas" Qətər və Misirin təklif etdiyi atəşkəs razılaşmasını qəbul etdi. Bizim xahişimiz əsasında "Həmas"ın atəşkəs təklifini qəbul etməsindən məmnunuq. İsrail də eyni addımı atmalıdır. Mən bütün Qərb aktyorlarını sülh üçün İsrail administrasiyasına təzyiq göstərməyə çağırıram".

  Qeyd edək ki, Fələstinin "Həmas" hərəkatı Misir və Qətər vasitəçilərinə onların Qəzza zolağında atəşkəsin yaradılmasına dair təklif etdikləri saziş layihəsini bəyəndikləri barədə məlumat verib. Müvafiq bəyanat hərəkatın rəsmi teleqram kanalında dərc olunub.

  “Həmas" Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin baş naziri Məhəmməd ibn Abdel Rəhman əl- Tani və Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə telefon danışığı aparıb və hərəkat təklif etdikləri atəşkəs sazişi layihəsini təsdiqləyib.

  Qeyd edək ki, "Həmas" hərəkatının razılaşdığı Qəzza zolağında atəşkəs təklifi İsrail qüvvələrinin anklavdan çıxarılmasını və blokadanın tamamilə aradan qaldırılmasını nəzərdə tutur. Bu barədə “Əl-Cəzirə” telekanalı mənbələrə istinadla bildirib ki, Qətər və Misir vasitəçilərinin irəli sürdüyü təklif hər biri 42 gün davam edəcək üç həll mərhələsini əhatə edir.



Әlaqәli Xәbәrlәr