Hakan Fidan ''Al-Arabiya'' telekanalına müsahibə verdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib: “Qəzzada yaşanan  faciədən dərs alıb iki dövlətli həll yolunu həyata keçirməsək bu son Qəzza müharibəsi olmayacaq”.

2135596

Hakan Fidan mərkəzi Dubayda yerləşən ''Al Arabiya'' telekanalına müsahibə verib.
Hakan Fidan Türkiyənin iki dövlətli həll yolunda səylərini gücləndirdiyini və hazırda İslam dünyasının Fələstin məsələsində birgə hərəkət etdiyini açıqlayıb.
"Əgər bu faciədən dərs alıb iki dövlətli həll yolunu həyata keçirməsək bu, son Qəzza müharibəsi olmayacaq. Bizi başqa müharibələr gözləyəcək. İsraili də 1967-ci il sərhədlərini qəbul etməyə dəvət etməliyik. Təkcə ''Həmas'' yox, bütün fələstinlilər 1967-ci il sərhədləri daxilində qurulacaq Fələstin dövlətini qəbul etməyə hazırdır”.

Әlaqәli Xәbәrlәr