Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə ilə Azərbaycan arasında gəlirlərə görə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişi təsdiqləyib.

2135579

“Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlir vergilərində ikiqat vergitutmanın ləğv edilməsi, və vergidən yayınmanın qarşısının alınması haqqında” saziş Türkiyənin xəzinə və maliyə naziri Mehmet Şimşək və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən imzalanıb.
Qeyd edək ki, sənəd 2024-cü il fevralın 19-da imzalanıb. Mərasimdə  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğa və Azərbaycan Prezidenti İlham Əliyev də iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev həmçinin iki ölkə arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişi də təsdiq edib.

Әlaqәli Xәbәrlәr