7 ildən sonra Küveytdən Türkiyəyə əmir səviyyəsində ilk səfər

2023-cü il dekabrın 16-da vəzifəsinin icrasına başlayan Küveyt əmiri Sabah ərəb dünyasından başqa xaricə ilk rəsmi səfərini Türkiyəyə edir

2136089
7 ildən sonra Küveytdən Türkiyəyə əmir səviyyəsində ilk səfər

 

  Küveyt əmiri Meşəl əl-Əhməd əl-Cabir əs-Sabah iki ölkənin diplomatik əlaqələrinin 60-cı ildönümündə - 7 mayda Türkiyəyə gəlir.

  2023-cü il dekabrın 16-da vəzifəsinin icrasına başlayan Küveyt əmiri Sabah ərəb dünyasından başqa xaricə ilk rəsmi səfərini Türkiyəyə edir.

  Diplomatik əlaqələrin 60-cı ildönümündə həyata keçirilən səfər 7 ildən sonra Küveytdən Türkiyəyə əmir səviyyəsində ilk səfərdir.

  Əmir Sabahın səfəri çərçivəsində keçiriləcək görüşlərdə regional hadisələr, xüsusilə İsrailin Qəzzaya hücumları müzakirə olunacaq.

  İkitərəfli gündəliyə ticarət, müdafiə sənayesi, turizm və investisiya kimi mühüm mövzular da daxildir. Bu sahələrdə tərəflər arasında yeni müqavilələr imzalanacaq.



Әlaqәli Xәbәrlәr