Yaşar Gülər terrorla mübarizə əməliyyatlarını qiymətləndirib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər terrorçuları mənbəyində məhv etmək strategiyasını həyata keçirdiklərini bildirib.

2134872
Yaşar Gülər terrorla mübarizə əməliyyatlarını qiymətləndirib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər terrorçuları mənbəyində məhv etmək strategiyasını həyata keçirdiklərini bildirib.
Nazir Yaşar Gülər ​​özəl televiziya kanallarının birinə verdiyi müsahibədə gündəmdəki aktual məsələləri qiymətləndirib.
Yaşar Gülər ​​separatçı terror təşkilatı PKK-nın İraqın şimalında məskunlaşdığını və illərdir fəaliyyətini oradan həyata keçirdiyini bildirib.
“Ona görə də biz terroru mənbəyində məhv edəcəyik”,-deyə Yaşar Gülər vurğulayıb.
Sərhəddən kənarda həyata keçirilən əməliyyatlara da toxunan Yaşar Gülər deyib:"Terrorçuları mənbəyində məhv etmək strategiyası ilə mübarizə aparırıq".
Türkiyə təhlükəsizlik qüvvələrinin 5-6 ildir İraqın şimalında mövcud olduğunu və terror təşkilatının illərdir olduğu yerləri tərk edərək cənuba doğru geri çəkilmək məcburiyyətində qaldığını bildirən Türkiyənin milli müdafiə naziri terroru mənbəyində məhv etmək üçün lazım olan hər şeyin ediləcəyini deyib.



Әlaqәli Xәbәrlәr