Yaşar Gülər:''İraqda 30 kilometrlik təhlükəsiz xətt yaradılıb''
Türkiyenin milli müdafiə naziri Yaşar Gülər İraqda 30 kilometrlik təhlükəsiz xəttin yaradıldığını bildirib.
2128927
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İraqda 30 kilometrlik təhlükəsiz xəttin yaradıldığını bildirib.
Yaşar Gülər Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Türkiyə Böyük Millət Məclisindəki iclasından əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Terrorla mübarizə çərçivəsində fəaliyyətlərin davam etdiyini bildirən Yaşar Gülər deyib: “Planlarımızı qurduq, fəaliyyətlər davam edir”.
Prezident Rəcəb Tayyib Ərdoğanın bazar ertəsi İraqa səfər edəcəyini bildirən nazir Yaşar Gülər bir jurnalistin "Təhlükəsiz xətt qurulacaqmı? şəklindəki sualını belə cavablandırıb: ''Artıq 30 kilometrlik təhlükəsiz xətt yaradılıb. Orada daha bir neçə iş görməliyik, onların üzərində işləyirik''.